Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 11 texnikası və 52 nəfərlik canlı heyət üzvü Bakı-Qroznı reysi ilə uçan, lakin Aktauda qəzaya uğrayan təyyarənin söndürülməsinə cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Digər məlumatı isə Qazaxıstanın Mangistau vilayətinin səhiyyə idarəsi yayıb.
“Təyyarə qəzası nəticəsində 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aktaudakı Mangistau regional xəstəxanasına çatdırılıb. Ümumilikdə təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub”, – səhiyyə idarəsinin məlumatında qeyd olunur.