Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünki çıxışında: “Bu günə qədər, səhiyyə yardımı və ya tibbi ləvazimatların ixrac icazəsi üçün 125 müraciətə cavab vermişik. Eyni zamanda TÜBİTAD çətiri altında çalışan elm adamlarımız həkimlərimizin korona virusunun müalicəsində istifadə etdikləri dərmanı istehsal etməyə başladılar. Bütün bu tədqiqatlardan sonra həmin dərman preparatından istifadə edilməyə başlanacaq.” deyə qeyd edib.