Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı – FOTO

Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün baş tutacaq Zəfər paradında nümayiş etdiriləcək. 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir