Bakıda daha bir marşrut xəttində gediş haqqı karta keçdi

Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi – Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə dipnot.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

– Zabrat qəs. Nərimanov 23

– Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

– Sadiq Cəfərov 26, Zabrat

– Babək 336, Zabrat

– Oktyabr küç. Zabrat

– Sabunçu qəs. Şəhər şosesi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir